Səudiyyə Ərəbistanı Premyer Liqasının 30-cu turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Əhli”ni 2:0 hesabı ilə məğlub edib.


 


Sfera.az xəbər verir ki, oyunda qolları 76-cı dəqiqədə Kriştiano Ronaldo və 90-cı dəqiqədə Kinqsli Koman vurublar.


 


Bu qol Ronaldonun karyerasındakı 970-ci qol kimi tarixə düşüb. Portuqaliyalı hücumçu futbol tarixində ən çox qol vuran oyunçu olaraq liderliyini davam etdirir.




Hazırda “Əl-Nəsr” 79 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Əl-Əhli” isə 66 xalla üçüncü pillədə yer alır. Növbəti turda, mayın 3-də “Əl-Nəsr” səfərdə “Əl-Qadisiyah”la, “Əl-Əhli” isə eyni gündə “Əl-Uxdud”la üz-üzə gələcək.


 


Niyaz Hacıyev 

Sfera.az