Böyük Britaniya və müttəfiqləri Rusiya ilə dəniz sərhədləri boyunca hərbi güclərini birləşdirir. Kral Dəniz Qüvvələri Moskvaya qarşı yeni "hücum imkanları" hazırladıqlarını bəyan edib.
Sfera.az xəbər verir ki, Böyük Britaniyanın Birinci Dəniz Lordu, general Qvin Cenkinsin Londonda Kral Birləşmiş Xidmətlər İnstitutunda (RUSI) etdiyi çıxışına əsasən, yeni dəniz qüvvələri 2014-cü ildən fəaliyyət göstərən Birgə Ekspedisiya Qüvvələri (JEF) modelinə əsaslanacaq. Bu regional müdafiə alyansına 10 ölkə daxildir: Birləşmiş Krallıq Norveç, Danimarka, İslandiya Finlandiya, İsveç Latviya, Litva, Estoniya Niderland Cenkins vurğulayıb ki, bu təşəbbüs NATO-nu zəiflətmək deyil, əksinə, onu tamamlamaq və Uzaq Şimal, Şimali Atlantika və Baltik dənizi bölgələrində yaranan təhdidlərə dərhal cavab vermək məqsədi daşıyır. Kral Dəniz Qüvvələrinin Baş Komandanı layihənin əsas hədəflərini açıq şəkildə ifadə edib.
O bildirib ki, məqsəd Rusiya ilə dəniz sərhədi boyunca lazımi "dəniz, hava və amfibiya hücum imkanlarını" təmin edəcək bir donanma ailəsi yaratmaqdır:
"Biz birlikdə təlim keçəcək, məşq edəcək və real hərəkətə hazırlaşacaq qüvvələr formalaşdırırıq. Ortaq rəqəmsal şəbəkələr, logistika və platformalar sayəsində iştirakçı ölkələr silah, personal və hərbi hissə mübadiləsini maneəsiz həyata keçirə biləcəklər”.
Artıq planın icrası istiqamətində konkret addımlar atılıb. Ötən həftə Böyük Britaniyada Şimal dəniz qüvvələri komandanlarının xüsusi görüşü keçirilib. Görüşün yekununda tərəflər "Şimal Dəniz Qüvvələri" təşəbbüsü üçün ətraflı təkliflər hazırlamaq öhdəliyini öz üzərinə götürən rəsmi sənəd imzalayıblar.
Ekspertlər hesab edir ki, bu addım Şimal dənizlərində hərbi balansı kökündən dəyişə bilər.
Bəsti Rəfizadə
Sfera.az