Kanada hakimiyyəti futbol üzrə dünya çempionatı oyunlarının təhlükəsizliyini təmin etmək məqsədilə əlavə 145 milyon Kanada dolları (106 milyon ABŞ dolları) ayırmaq qərarına gəlib.


 


Sfera.az xəbər verir ki, bu barədə “The Globe and Mail” qəzeti məlumat yayıb.




Məlumata görə, vəsaitlər 13 oyuna ev sahibliyi edəcək Vankuver və Toronto şəhərlərinin büdcələrinə yönəldiləcək. Qeyd edək ki, Ottavaya bundan əvvəl də bu məqsədlə 220 milyon Kanada dolları (161 milyon ABŞ dolları) ayırmışdı.




Qəzetin yazdığına əsasən, federal, əyalət və şəhər büdcələrindən ayrılan vəsaitlər də daxil olmaqla, ümumi təhlükəsizlik xərcləri 1 milyard Kanada dollarını (730 milyon ABŞ dolları) ötəcək.




Xatırladaq ki, futbol üzrə dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.


 


Niyaz Hacıyev 

Sfera.az