“Yeraltı” serialının son bölümündə tamaşaçıları təəccübləndirən mühüm hadisə baş verib.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, ssenariyə əsasən, əsas obrazlardan biri həyatını itirərək layihədən ayrılıb. “NOW TV”də yayımlanan və qısa müddətdə geniş izləyici kütləsi qazanan serial hər çərşənbə axşamı efirə gedir. Ekran işində Uraz Kaygılaroğlu, Devrim Özkan, Deniz Can Aktaş və Sümeyye Aydoğan kimi tanınmış aktyorlar rol alırlar.


 


Medyapım-ın prodüserliyi ilə çəkilən serialın 13-cü bölümündə dramatik vida səhnəsi yer alıb. Kartal obrazının (Cemal Hünal) hazırladığı plan fermada güclü partlayışla nəticələnib və hadisələrin gedişatını dəyişib. Süjetə görə, Kartalın Kaan vasitəsilə həyata keçirdiyi plan davam edən qarşıdurmada dönüş nöqtəsinə çevrilib. Lakin bu plan Kaanın taleyini də həll edib. Kaan obrazını canlandıran Orhan Becerir ssenariyə uyğun olaraq həyatını itirib və bununla da serialdan ayrılıb. Aktyorun gedişindən sonra layihənin rəsmi sosial media hesabında ona təşəkkür mesajı paylaşılıb.


 


Fidan Hacızadə


Sfera.az