Gəncədə sinif yoldaşı tərəfindən bıçaqlanan məktəblinin vəziyyəti açıqlanıb.


 


Sfera.az  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.


 


Bildirilib ki, aprelin 30-u saat 00:40-da 2011-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub:


 


"Döş qəfəsinin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb". oxu.az