Türk pop musiqisinin məşhur səsi Tan Taşçı “YouTube” kanalı ilə böyük bir uğura imza atıb. Müğənninin kanalında abunəçi sayı 1 milyona çatıb, baxış sayı isə bir milyardı keçib. Bu rəqəmlər Tan Taşçının musiqisinin dünya səviyyəsində necə böyük populyarlıq qazandığını bir daha təsdiqləyir.




Sfera.az xəbər verir ki, son illər ərzində Tan Taşçı, musiqisini 50-dən çox dildə təqdim edərək geniş auditoriyaya çatmağa davam edir.


 


Onun “YouTube” kanalı yalnız Türkiyədə deyil, beynəlxalq miqyasda da dinləyicilər tərəfindən maraqla izlənilir. Müğənninin kanalında paylaşdığı kliplər və musiqi layihələri global musiqisevərlərin diqqətini cəlb edib.




Bu böyük uğurdan sonra Tan Taşçı sosial media hesabı üzərindən izləyicilərinə təşəkkür edərək, “Uzun illərdir yanımda olduğunuz üçün çox şanslıyam. Hələ uzun yolumuz var”, sözlərini qeyd edib.




Onun müsbət ruhu və daim yeni hədəflərə doğru irəliləyən mübarizəsi Tan Taşçının kariyerasında daha çox böyük nailiyyətlərə imza atacağına işarədir. Sənətçinin bu rəqəmləri keçməsi həm də onun musiqi dünyasında nə qədər əhəmiyyətli bir yer tutduğunu göstərir.




Tan Taşçının uğuru onu yalnız pop musiqisinin sevimli simalarından biri etməklə kifayətlənmir, həm də musiqi sahəsində müasir dövrün ən təsirli rəqəmsal sənətçilərindən biri olaraq gənc nəslə örnək olmağa davam edir.


 


Mənsumə

Sfera.az