İran parlamentinin spikeri və ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqer Qalibafın sözlərinə görə, ABŞ-nin İrana qarşı hərbi-dəniz blokadası neft bazarında yeni inflyasiya dalğasına səbəb olacaq və bir barel neftin qiyməti 140 dollara yüksələcək.
Sfera.az xəbər verir ki. Bu barədə Qalibaf “X”də yazıb.
“Bu, ABŞ administrasiyasının blokada nəzəriyyəsini irəli sürən və neftin qiymətini bir barel üçün 120 dollardan yuxarı qaldıran Bessent kimi insanlardan aldığı axmaq məsləhət idi. Növbəti dayanacaq 140 dollardır”, - deyə Qalibaf yazıb.
O əlavə edib ki, ABŞ-nin problemi nəzəriyyədə deyil, düşüncə tərzindədir.
Firuzə Əliyeva
Sfera.az