İranın ali rəhbəri Əli Müctəba Xamenei Fars körfəzi günü münasibətilə çıxış edərək ölkəsinin regionda təhlükəsizliyin təminində əsas rol oynayacağını bildirib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, İran Hörmüz boğazı üzərində nəzarəti gücləndirəcək və üçüncü ölkələrin bu strateji su yolundan sui-istifadəsinə imkan verməyəcək.


 


“İran Fars körfəzi bölgəsinin təhlükəsizliyini təmin edəcək və düşmənin bu su yolundakı sui-istifadələrinə son qoyacaq”,–deyə Xamenei vurğulayıb.


 


İran lideri əlavə edib ki, Hörmüz boğazında tətbiq ediləcək yeni qaydalar region ölkələrinin maraqlarına xidmət edəcək və ümumi sabitliyə töhfə verəcək.


 


Fidan Hacızadə


Sfera.az