Səudiyyə Ərəbistanı Futbol Çempionatının 30-cu turunda “Əl-Əhli”nin “Əl-Nəsr”ə məğlubiyyətindən sonra maraqlı anlar yaşanıb.
Sfera.az xəbər verir ki, oyundan sonra “Əl-Əhli” azarkeşləri “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu lağa qoymağa çalışıblar.
Azarkeşlər komandalarının ardıcıl iki dəfə Asiya Çempionlar Liqasını qazandığını xatırladaraq futbolçuya səsləniblər. Ronaldo isə buna istehzalı cavab verib:
“Mənim beş Çempionlar Liqası titulüm var”.
“Record” nəşrinin məlumatına görə, təcrübəli hücumçu azarkeşlərin davranışına alışdığını bildirib:
“Uzun illər “Yuventus”, “Real Madrid” və “Mançester Yunayted”də oynadığım üçün azarkeşlərin bu cür reaksiyalarına öyrəşmişəm. Bu, mənim üçün problem deyil. Sadəcə azarkeşlərimizin xoşbəxt olmasını istəyirəm”.
Niyaz Hacıyev
Sfera.az