Beynəlxalq Futbol Federasiyasının (FİFA) növbəti, 77-ci Konqresi Mərakeşin Rabat şəhərində keçiriləcək.


 


Sfera.az xəbər verir ki, bu barədə FİFA Prezidenti Canni İnfantino təşkilatın Vankuverdə baş tutan konqresində məlumat verib.




İnfantino bildirib ki, FİFA Şurası tərəfindən təsdiqlənən fövqəladə Konqres 23 noyabr 2026-cı ildə onlayn formatda keçiriləcək. Həmin Konqresdə 2031 və 2035-ci il Qadınlararası Dünya Kuboklarına ev sahibliyi edəcək ölkələr müəyyən olunacaq.




“Gələn il keçiriləcək 77-ci Konqres isə 18 mart 2027-ci ildə Rabatda təşkil olunacaq”, – deyə FİFA prezidenti qeyd edib.




Qeyd edək ki, Canni İnfantino daha əvvəl FİFA prezidentliyi üçün yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlamışdı.




Niyaz Hacıyev 

Sfera.az