Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Fənərbaxça”nın yarımmüdafiəçisi Mert Hakan Yandaşa mərc oyunları ilə bağlı intizam qaydalarını pozduğuna görə 12 aylıq diskvalifikasiya cəzası tətbiq edib.
Sfera.az xəbər verir ki, bu barədə məlumat 30 aprel 2026-cı il tarixində Türkiyə Futbol Federasiyasının rəsmi saytında dərc olunub.
Qeyd edək ki, Mert Hakan Yandaş bir müddət əvvəl həmin məsələ ilə bağlı həbs olunmuş, daha sonra isə azadlığa buraxılmışdı.
Niyaz Hacıyev
Sfera.az