ABŞ-də aparılan son sorğu gənclərin xəbərləri sosial media vasitəsilə izlədiyini, yaşlıların isə ənənəvi olaraq televiziyaya üstünlük verdiyini göstərir.
Araşdırmaya görə, gənclərin 57%-i xəbərləri sosial media platformaları üzərindən alır, 65 yaş və yuxarı olanların isə 74%-i xəbərləri televiziyadan izləyir. Bu dəyişiklik internetin və rəqəmsal medianın gündəlik həyatımıza nüfuz etməsi ilə əlaqələndirilir.
Sfera.az xəbər verir ki, "Media Insight" tərəfindən aparılan araşdırma fərqli yaş qruplarının xəbər istehlak vərdişlərində əhəmiyyətli fərqlərin olduğunu ortaya qoyub. 13-17 yaş arasındakı gənclərin 57%-i gündəlik olaraq xəbərləri sosial media vasitəsilə əldə edərkən, 65 yaşdan yuxarı olanların 74%-i televiziyada yayımlanan xəbərləri izləyir.
Gənclər əsasən həyat tərzi və məşhurların fəaliyyətlərinə dair məzmunu izləyirlər. Məsələn, gənclərin 48%-i həyat tərzi məzmunlarına daha çox maraq göstərir. Digər tərəfdən, yaşlı nəsil siyasət, iqtisadiyyat və sosial məsələləri daha çox izləyir. Siyasətə, iqtisadiyyata və sosial məsələlərə dair xəbərləri yaxından izləyən gənclərin faizi yalnız 12%-dir, lakin bu nisbət 65 yaşdan yuxarı şəxslərdə 35%-ə yüksəlir. Sorğuda yerli medianın xəbərləri ən etibarlı mənbə kimi qəbul edildiyi ortaya çıxıb. Yerli media, milli media və müstəqil məzmun istehsalçıları ilə müqayisədə süni intellekt əsaslı alətlərdən daha etibarlı hesab olunur.
Bununla yanaşı, iştirakçılar yanlış məlumatların yayılmasında ən çox siyasətçiləri və sosial media şirkətlərini məsuliyyətli sayıb. Sorğuda iştirak edənlərin 66%-i siyasətçiləri günahkar olaraq göstərib yerli media isə ən az məsuliyyət daşıyan qurum kimi qeyd edilib. Araşdırma həmçinin bəzi xəbər mövzularının iştirakçılar tərəfindən daha çox yayındığını göstərib. Ən çox yayındırılan xəbər növü 71%-lə qeybət və şou dünyası xəbərləri olub.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp və milli siyasətlə bağlı xəbərlər də tez-tez təkrarlanan mövzular arasında yer alır. Bu dəyişikliklər medianın müxtəlif yaş qruplarının maraqlarına və həyat tərzlərinə necə uyğunlaşdığını və bununla da xəbər istehlakının necə dəyişdiyini açıq şəkildə göstərir.
Mənsumə
Sfera.az