“Azərbaycan öz xarici siyasətində dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət və daxili işlərinə qarışmamaq prinsiplərini əsas tutur, beynəlxalq qurumlarla, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlığı konstruktiv dialoq platforması kimi dəyərləndirib”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyi qərəzli və ikili standartlara əsaslanır, qəbul edilən qətnamələr reallığı əks etdirmir və ölkəmizin qanuni maraqlarına ziddir, bu qurum bəzi hallarda lobbi qruplarının təsiri altında çıxış edir:
"2015-ci ildə Milli Məclis Avropa Parlamentinin "qarayaxma kampaniyası"na cavab olaraq əlaqələri dayandırıb, 2016-cı ildə dialoqun bərpası istiqamətində addımlar atılsa da, son illərdə anti-Azərbaycan ritorikası davam edir və xüsusilə İkinci Qarabağ müharibəsindən sonra bu yanaşmalar daha da intensivləşib, Milli Məclis bu qərəzli fəaliyyətə səssiz qalmayacaq”.
Firuzə Əliyeva
Sfera.az