Amerikalı ulduz Kim Kardaşyan həyatındakı köklü dəyişikliklərdən danışıb.
Sfera.az xəbər verir ki, o, əvvəlki dövrlərdən fərqli olaraq əşyaların artıq həyatında önəmli yer tutmadığını bildirib.
“Artıq əşyalarıma dəyər vermirəm” deyən Kim Kardaşyan illər ərzində əşyalara münasibətinin tamamilə dəyişdiyini vurğulayıb. O, əvvəllər əşyalarına böyük dəyər verdiyini və onları qorumaq üçün əlindən gələni etdiyini bildirib:
“Mən dəyişdim”.
Kim bir neçə dəfə yanğın riski səbəbindən evini tamamilə boşaltmaq məcburiyyətində qaldığını qeyd edib. O bildirib ki, ilk dəfə bütün ayaqqabı və çanta kolleksiyasını yığıb, atası ilə bağlı xatirə əşyalarını, videoları və dizayner geyimlərini götürüb. İkinci dəfə isə artıq bəzi əşyalardan imtina etməyə başladığını deyib. O, aylarla oteldə yaşamaq üçün kifayət qədər dizayner əşyasının olduğunu vurğulayıb. Kardaşyan üçüncü dəfə çanta və ayaqqabılardan tamamilə imtina etdiyini, yalnız şəkilləri və uşaqlıq yorğanını götürdüyünü açıqlayıb. Dördüncü dəfə isə heç bir əşya ilə maraqlanmadığını, yalnız özünün və uşaqlarının sağ-salamat olmasının vacibliyini başa düşdüyünü bildirib:
“Başqa heç nəyə ehtiyacım yoxdur. Mənə lazım olan tək şey budur”.
Mənsumə
Sfera.az