Məşhur sənətçi cson açıqlamaları ilə sosial mediada geniş müzakirələrə səbəb olub. Karyerasının ilk illərində Ebru Gündeşi dəstəklədiyini qeyd edən Morgül ona qarşı nankorluq hissi yaşadığını və bu səbəbdən onu bağışlamadığını bildirib.
Sfera.az xəbər verir ki, müğənni Yılmaz Morgül Ebru Gündeşin musiqi karyerasının başlanğıcında onun üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, Gündeşin karyerasının ilk mərhələlərindəki rolunu yüksək qiymətləndirdiyini, ancaq zamanla qarşı tərəfdən nankorluq gördüyünü vurğulayıb:
“Hətta onun ilk səhnə geyimini də mən hazırladım”,– deyə Morgül bildirib.
Ancaq zamanla münasibətləri pisləşən Morgül bu dövrdə Ebru Gündeşin sərt sözlərinə məruz qaldığını iddia edərək, “O, heç vaxt deməyəcəyim sözlər işlətdi. Ondan çox incimişəm, onu heç bir şəkildə bağışlamayacağam”, – deyə əlavə edib.
Yılmaz Morgül daha sonra Türkiyənin məşhur müğənnisi Ajda Pekkan haqqında da açıqlamalar verib. “Mən Türkiyənin ən önəmli opera müğənnilərindən biri olsam da onlar hər zaman mənim yolumu bağlayıblar”, deyərək Ajda Pekkan və Adnan Şensesin müğənnilik karyerasının başlanğıcında ona mane olduğunu bildirib. O, mahnıları yayımlanmadan əvvəl hər iki sənətçinin səsyazma şirkətində onu dinlədiyini, amma buna baxmayaraq, karyerasının hər mərhələsində yollarının daim bağlandığını vurğulayıb.
Mənsumə
Sfera.az