Vətəndaşın müraciətinin baxılmamış saxlanılması halları müəyyənləşib.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilməli, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilməli, yaxud EHİS üzərindən təqdim olunmalıdır.
Həmçinin, yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.
Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.
Müraciət bu tələblərə cavab vermədikdə müraciət baxılmamış saxlanılacaq.
Firuzə Əliyeva
Sfera.az