70-ci illərin sevilən sənətçilərindən biri, “Büklüm Büklüm” və “İkimiz Bir Fidanız” kimi unudulmaz mahnıları ilə yadda qalan Tülay Özer vəfat edib.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, usta sənətçi 79 yaşında dünyasını dəyişib. Acı xəbəri musiqi prodüseri Hakan Eren ictimaiyyətə açıqlayıb.


 


O, sosial şəbəkədə paylaşım edərək, “Səhər pis xəbər almaq… Əziz bacım Tülay Özeri itirdik. Rahat yatsın. Birlikdə çox konsert verdik və çox xatirələr qalır” sözlərini yazıb. Güclü səsi və özünəməxsus ifası ilə tanınan sənətçi, həmçinin Zerrin Özerin böyük bacısı kimi də tanınırdı.


 


Məlumata görə, uzun müddətdir səhhətində problemlər yaşayan Tülay Özer böyrək çatışmazlığı səbəbindən dializ müalicəsi alırdı.


 


Fidan Hacızadə


Sfera.az