Cümə axşamı günü UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyununda İspaniyanın “Rayo Valyekano” klubu Fransanın “RC Strasburq Alsace” komandası üzərində 1:0 hesablı qələbə qazanıb.
Sfera.az xəbər verir ki, tarixi nəticədən sonra Madrid təmsilçisinin futbolçuları qələbəni “Estadio de Vallecas” stadionunda azarkeşləri qarşısında Fələstin bayrağı ilə qeyd ediblər.
Komanda üzvləri bu addımı ilə Fələstin xalqına dəstək nümayiş etdiriblər.
Niyaz Hacıyev
Sfera.az