Yardımlıda gənc qızın meyiti tapılıb.


 


Sfera.az xəbər verir ki, hadisə aprelin 30-u saat 12 radələrində Honuba kəndində baş verib.


 


Belə ki, 2001-ci il təvəllüdlü kənd sakini Rəvanə Camalzadənin meyiti yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda aşkar edilib.


 


Onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.


 


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.