Ağdamda baş verən qəza zamanı 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb.


 


Sfera.az-ın xəbərinə görə, qəza hadisəsi rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində baş verib.


 


Hərəkətdə olan "VAZ"2107 markalı avtomobil qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub.


 


Nəticədə 2 nəfər ölüb 4 nəfər ağır xəsarət alıb.


 


Hadisə yerinə təcili tibbi bölməsinin avtomobilləri yollanıb.


 


Faktla bağlı araşdırma aparılır./teleqraf