Bu gün Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş 3 kitabdan ibarət nəşrlər toplusu ictimaiyyətə təqdim edilib.


 


Sfera.az  bildirir ki, nəşrlərdə Əməkdar incəsənət xadimi, professor Kübra Əliyevanın Azərbaycan xalça sənətinin çoxəsrlik inkişaf tarixi, nadir xüsusiyyətləri və müxtəlif üslubları ilə bağlı apardığı geniş elmi tədqiqatlar və təhlillər yer alıb.


 


Qeyd edək ki, yeni kitablar bp Azərbaycan şirkətinin dəstəyi ilə həyata keçirilən geniş mədəni irs proqramının yekun mərhələsini təşkil edir.


 


Proqram çərçivəsində ümumilikdə 8 adda yeni kitab hazırlanaraq nəşr olunub.