Paytaxtın Suraxanı rayonu, Heydər Əliyev prospektində baş verən yol nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, saat 21:40-da xanım sürücünün idarə etdiyi KIA markalı, 77-GY-014 dövlət nömrə nişanlı avtomobil nəzərdə tutulmayan yerdən keçən piyada Fuad Oqtay oğlu Ədilovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.