ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həll edilə biləcəyinə əmin olduğunu bildirib.


 


Sfera.az xəbər verir ki, o, bu barədə “West Palm Beach” şəhərində yerli Forum klubunun üzvləri qarşısında çıxışı zamanı danışıb.


 


“Biz səkkiz müharibəyə son qoyduq. Düşünürəm ki, bu, doqquzuncu münaqişə olmalıdır. İnanıram ki, buna nail olacağıq”, – deyə Amerika lideri Ukraynadakı vəziyyəti şərh edərkən deyib.


 


Qeyd edək ki, Tramp məsələ ilə bağlı əlavə təfərrüat verməkdən imtina edib.


 


Niyaz Hacıyev


Sfera.az