Farer adalarının ən qərb nöqtəsində yerləşən Mykines adası son dərəcə kiçik və izolyasiya olunmuş yaşayış məntəqələrindən biridir.


 


Sfera.az xəbər verir ki, burada ilboyu cəmi təxminən 10-15 nəfər yaşayır və adada market də daxil olmaqla əsas infrastruktur mövcud deyil. Qış aylarında adaya yeganə nəqliyyat vasitəsi helikopter hesab olunur.


 


Bu səbəbdən sakinlərin ərzaq və digər əsas tələbat malları Vaqar adasından helikopterlə daşınır. Yay mövsümündə isə Mykinesə qayıqla getmək mümkündür. Bərə Vaqar adasındakı Sörvaqur limanından yola düşür və yol təxminən 45 dəqiqə davam edir.


 


Gediş-dönüş biletinin qiyməti mövsümə və operatora görə dəyişsə də, orta hesabla 120 Danimarka kronu, yəni təxminən 15–20 avro (təxminən 28–37 Azərbaycan manatı) təşkil edir.


 


Niyaz Hacıyev


Sfera.az