Türk klassik musiqisinin əfsanəvi ifaçılarından olan Bülent Ersoy bu dəfə sənəti ilə deyil, reklam müqaviləsi ilə gündəmə gəlib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, məşhur sənətçi böyük bir elektron ticarət platforması ilə əməkdaşlıq çərçivəsində yeni kampaniyanın siması seçilib. Məlumata görə, müqavilənin şərtlərinə əsasən Ersoy yalnız bir reklam layihəsindən 135 milyon TL (7,1-7,3 milyon AZN) gəlir əldə edib. Bu rəqəm həm media, həm də sosial şəbəkələrdə geniş rezonans doğuraraq qısa müddətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Bu məbləğ ölkədə indiyədək bir reklam üçün ödənilən ən yüksək qonorar kimi qeydə alınıb. Reklam sənayesində nadir hallarda rast gəlinən bu cür böyük büdcəli əməkdaşlıq məşhur simaların marka dəyərinin nə qədər yüksək olduğunu bir daha nümayiş etdirir.
Qeyd edək ki, bu müqavilə həm də Bülent Ersoy üçün karyerasında reklam sahəsində ən böyük layihələrdən biri kimi tarixə düşüb.
Fidan Hacızadə
Sfera.az