ABŞ administrasiyasının son günlər atdığı addımlar Vaşinqtonun Ukrayna böhranından çox, İrana qarşı mümkün hərbi əməliyyata fokuslandığını göstərir.


 


Sfera.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp diqqətini əsasən Ukraynadakı davam edən münaqişədən İrana qarşı hərbi əməliyyat ehtimalına yönəldib.


 


Bildirilir ki, Amerika liderinin bu məsələdə Avropa ölkələrinin, xüsusilə NATO üzvlərinin dəstəyini görməməsi Vaşinqtonla münasibətlərdə gərginliyi artırır. Bu vəziyyət isə Avropa dövlətlərini ABŞ-dən asılılıqlarını azaltmağa sövq edir.


 


Qəzet vurğulayır ki, Tramp administrasiyası ilə Avropa müttəfiqləri arasında fikir ayrılıqları getdikcə dərinləşir və artıq barışmaz xarakter almağa başlayır. Nəşrin qiymətləndirməsinə görə, Trampın Almaniya kansleri Fridirix Merz ünvanına tənqidləri, Almaniyadakı ABŞ hərbi kontingentinin azaldılması planları və onun aprelin 29-da Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı bu tendensiyanı gücləndirir.


 


“Politico” hesab edir ki, bu addımlar Trampın hazırda Avropa ilə əməkdaşlıq etməkdənsə, onu qınamaq və hətta müəyyən mənada cəzalandırmaq niyyətində olduğunu göstərir. Nəşr qeyd edir ki, əvvəllər belə hadisələr Avropa paytaxtlarında təcili böhran görüşlərinə səbəb olardı. Lakin hazırda ümumi yanaşma fərqlidir. Birr çox Avropa lideri ABŞ ilə münasibətlərdə yaranmış yeni reallığa uyğunlaşmağa çalışır.


 


Niyaz Hacıyev


Sfera.az