Filippində sosial şəbəkələrdə yayılan nəhəng yarasa görüntüləri insanlar arasında narahatlıq və qorxu yaradıb.


 


Sfera.az xəbər verir ki, kadrlarda əks olunan canlı “qızılı taclı uçan tülkü” adlanan yarasa növüdür. Bu növ yalnız Filippində yayılıb və dünyanın ən böyük yarasalarından biri hesab olunur. Qanadlarını açdıqda uzunluğu təxminən 1,7 metrə çatır.


 


Mütəxəssislərin sözlərinə görə, fotolarda yarasanın həddindən artıq böyük görünməsi perspektiv fərqi ilə bağlıdır. Qorxulu təsir bağışlasa da, bu yarasalar insanlara təhlükə yaratmır. Onlar əsasən meyvə ilə qidalanır və ekosistemdə mühüm rol oynayır.


 


Qeyd edilir ki, meşələrin məhv edilməsi və qanunsuz ov səbəbindən bu nadir növün sayı getdikcə azalır.


 


Niyaz Hacıyev


Sfera.az