İtaliyanın “Yuventus” klubu yay transfer dönəmində hücum xəttini gücləndirmək üçün Polşa millisinin və “Barselona”nın forvardı Robert Levandovskini potensial variantlardan biri kimi nəzərdən keçirir.


 


Sfera.az xəbər verir ki, təcrübəli hücumçu yayda azad agent statusu qazana bilər. Məlumata görə, Turin təmsilçisinin hazırkı əsas prioriteti isə serbiyalı hücumçu Duşan Vlahoviçlə bağlı müqavilə məsələsini həll etməkdir. Klub yalnız bu danışıqların nəticəsindən sonra Levandovski transferi ilə bağlı konkret addım atmağı planlaşdırır.


 


Niyaz Hacıyev


Sfera.az