“Real Madrid”in türk futbolçusu Arda Güler aprel ayının ən yaxşı oyunçusu seçilib.


 


Sfera.az xəbər verir ki, gənc yarımmüdafiəçi azarkeşlərin səsverməsinə əsasən Vinisius Cunior, Federiko Valverde, Antonio Rüdiger və Cud Bellingham kimi ulduzları geridə qoyaraq bu mükafata layiq görülüb


 


. Gülərin ay ərzində ən yaddaqalan çıxışı 15 aprel tarixində “Bayern Münhen”ə qarşı matçda olub. O, 90 dəqiqəlik oyunda iki qol vuraraq komandasının qələbəsində əsas rol oynayıb. Onun vurduğu qollardan biri cəmi 34 saniyəyə reallaşıb və bu, “Real Madrid” tarixində UEFA Çempionlar Liqasında vurulan ən sürətli qol kimi qeydə alınıb. Futbolçu La Liqada da komandasına töhfə verib.


 


O, “Deportivo Alaves”lə oyunda məhsuldar ötürmə ilə yadda qalıb və 48 pasdan 44-nü dəqiq şəkildə yerinə yetirərək inamlı çıxış sərgiləyib.


 


Ay ərzində “Mallorca”, “Bayern Münhen” və “Girona”ya qarşı matçlarda da meydana çıxan Güler az oynadığı dəqiqələrə baxmayaraq, texniki keyfiyyəti və topa nəzarəti ilə seçilib.


 


Niyaz Hacıyev


Sfera.az