2026-cı ilin yay mövsümü üçün moda dünyasında rəng palitrası artıq formalaşmağa başlayıb.
Sfera.az xəbər verir ki, moda araşdırmalarına əsasən, bu il dizaynerlər daha çox canlı, enerjili tonlarla yanaşı, yumşaq pastel rənglərin harmoniyasına üstünlük verəcək. Yeni mövsüm həm sadəliyi, həm də cəsarətli seçimləri bir araya gətirəcək.
Yay aylarının əsas rənglərindən biri açıq mavi olacaq. Bu ton həm rahatlıq, həm də sərinlik effekti yaradaraq gündəlik geyimlərdən klassik kombinlərə qədər geniş istifadə ediləcək. Bununla yanaşı, matcha və lime yaşıl tonları da diqqət mərkəzində olacaq. Təbii və təzə görüntü yaradan bu rənglər xüsusilə gənclər arasında populyarlıq qazanır.
Yay enerjisini əks etdirən sarı rəngin müxtəlif çalarları, o cümlədən yağ rəngində olan sarı da trend siyahısında yer alır. Daha iddialı görünüş sevənlər üçün isə parlaq qırmızı tonlar, xüsusilə vişnə rəngi və pomidor qırmızısı ön plana çıxacaq. Eyni zamanda, romantik və zərif stil sevənlər üçün pastel çəhrayı və lavanda rəngləri dəbdə qalacaq. Bu tonlar xüsusilə minimalist və gündəlik kombinlərdə geniş istifadə olunacaq. Daha cəsarətli seçimlər arasında isə cobalt və parlaq mavi çalarları xüsusi yer tutur.
Moda ekspertləri bildirir ki, 2026 yayında yalnız parlaq rənglər deyil, həm də neytral tonlar- ağ, krem, açıq boz və şokolad rəngləri balans yaradıcı element kimi önəmli olacaq. Bu rənglər digər canlı tonlarla birlikdə istifadə edilərək daha harmonik görünüş formalaşdıracaq. Ümumilikdə isə yeni mövsümün əsas xətti pastel və parlaq rənglərin kontrastından ibarətdir.
Fidan Hacızadə
Sfera.az