ABŞ Prezidenti Donald Trampın elçiləri Stiven Vitkoff və Cared Kuşnerin Ukraynaya planlaşdırılan səfəri danışıqlarda heç bir irəliləyiş əldə olunmaması səbəbindən təxirə salınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə “The Kyiv Independent” nəşri məlumat yayıb. Ukrayna rəsmisi nəşrə bildirib ki, hazırda danışıqlarda heç bir əsas irəliləyiş yoxdur. Onun sözlərinə görə, səfərin təxirə salınmasına təsir edən amillərdən biri də Ukrayna hava məkanının bağlanması ola bilər. Bu isə nümayəndə heyətinin Kiyevə yalnız qatarla getməsini zəruri edir.


 


Rəsmi əlavə edib ki, bu vəziyyət xüsusilə Vitkoff üçün çətinlik yaradır. 30 apreldə Volodimir Zelenski “Bloomberg”ə verdiyi müsahibədə ABŞ prezidentinin nümayəndələrinin Kiyevə səfər dəvətinə hələ cavab vermədiyini bildirib.


 


Niyaz Hacıyev


Sfera.az