Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İranla bağlı gərginlik fonunda ölkəni “sabitlik adası” kimi xarakterizə edib.


 


Sfera.az xəbər verir ki, nazir CNN Türk telekanalına açıqlamasında Türkiyənin regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. “Türkiyə od halqası daxilində sabitlik adası olduğunu sübut edib. Bölgədə sülhün bərqərar olması üçün ciddi səylər göstərir.


 


Türkiyənin böhranların idarə olunmasında geniş təcrübəsi var”, – deyə Ersoy bildirib.


 


Nazir qeyd edib ki, Türkiyə hakimiyyəti 2026-cı ilə qədər təxminən 65 milyon turisti qəbul etməyi və turizm gəlirlərini 68 milyard dollara çatdırmağı planlaşdırır.


 


Xatırladaq ki, ötən il Türkiyə 63,9 milyon xarici turist qəbul edib və bu sahədən 65,2 milyard dollar gəlir əldə edib. 2025-ci ildə isə ölkəyə ən çox turist göndərən dövlət Rusiya olub. Ümumilikdə 6,9 milyon ziyarətçi qeydə alınıb. Niyaz Hacıyev Sfera.az