Ağcabədi rayonunda qətl hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.


 


İddiaya görə, əslən Ağdam rayonunun Mərzili kəndindən olan, 1969-cu il təvəllüdlü Ayaz Amanxan oğlu Səlimov həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovanı ailədaxili münaqişə zəminində qətlə yetirib. Bildirilir ki, kişi qadını mətbəxdə istifadə olunan ət baltası ilə öldürüb.


 


Hadisəni törətməkdə şübhəli bilinən A.Səlimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


 


Faktla bağlı Ağcabədi rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.//qafqazinfo