Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyası-nın təşkilatçılığı ilə koşiki karate üzrə “BAKU OPEN” beynəlxalq turnirinə start verilib.


 


Sfera.az bildirir ki, bu barədə millət vəkili Ülvi Quliyev sosial şəbəkə hesabında paylaşım edib.


 


"1-3 may 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində “BAKU OPEN” beynəlxalq karate turniri keçirilir. Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının rəhbərliyi və təşkilatçılığı ilə baş tutur. Yarışda Azərbaycan, Rusiya, Tunis, Yaponiya, Əlcəzair, Qazaxıstan və Gürcüstan daxil olmaqla bir sıra ölkələrdən 300-ə yaxın idmançı iştirak edir", – o qeyd edib.