Gəncə-Daşkəsən yolunun Göygöl rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, qəza zamanı 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə və 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıb.


 


Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır.


 


Faktla bağlı araşdırma aparılır.