Türkiyənin məşhur sənətçisi Bülent Ersoy böyük onlayn alış-veriş platforması ilə imzaladığı müqavilə ilə diqqət mərkəzinə düşüb.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi cəmi bir reklam çarxı müqabilində 135 milyon türk lirəsi, yəni təxminən 5 milyon 130 min Azərbaycan manatı qazanıb. Bu məbləğ Türkiyədə reklam sahəsində indiyədək ödənilən ən yüksək qonorarlardan biri kimi qiymətləndirilib. 


 


Məlumata görə, Bülent Ersoy son dövrlər brendlərin ən çox üstünlük verdiyi məşhur simalardan biri olaraq qalır. O, iri elektron ticarət platformasının reklam kampaniyasının siması seçilib.


 


Qeyd olunur ki, ortaya çıxan rəqəm həm ictimaiyyətdə geniş rezonans doğurub, həm də sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.


 


Bildirilib ki, bu müqavilə ilə Bülent Ersoy Türkiyədə bir reklam çarxından ən yüksək ödəniş alan şəxs kimi tarixə düşüb.


 


Mənsumə




Sfera.az