İran müharibəsindən sonra artan yanacaq qiymətləri aviasiya sektoruna ciddi zərbə vurub. Artıq bir müddətdir maliyyə çətinlikləri yaşayan ABŞ-ın “Spirit Airlines”şirkəti fəaliyyətini tam dayandıraraq iflas prosesinə daxil olub.
Sfera.az bildirir ki, qlobal enerji bazarını sarsıdan münaqişədən sonra təyyarə yanacağı qiymətləri qısa müddətdə iki dəfə artıb. “Spirit Airlines” üçün bu artım maliyyə planlamasını pozaraq şirkətin davamlılığını mümkünsüz edib və iflas prosesini sürətləndirib.
ABŞ hökumətinin şirkəti xilas etmək üçün hazırladığı maliyyə paketi alacaklılar və siyasi dairələrdən dəstək almadığı üçün ləğv edilib. Bundan sonra şirkətin “nizamlı ləğv” prosesi rəsmən başlayıb.
“Spirit Airlines” fəaliyyətini dayandırdığı üçün minlərlə əməkdaş işini itirəcək. Şirkət ABŞ-ın daxili reyslərində mühüm paya sahib idi və ucuz uçuş siyasəti ilə tanınırdı.
Dünya neft tədarükünün təxminən 25 faizinin keçdiyi Hörmüz boğazında gərginlik və ABŞ-İsrail-İran qarşıdurması fonunda neft qiymətləri kəskin artıb. Nəticədə qlobal aviaşirkətlər iki dəfədən çox bahalaşan yanacaqla mübarizə aparmağa başlayıblar.
Mənsumə
Sfera.az