İran Xarici İşlər nazirinin müavini Kazım Qaribabadi ölkəsinin Pakistan vasitəsilə ABŞ-a təqdim etdiyi təkliflə bağlı açıqlama verib. O bildirib ki, hazırda qərar ABŞ-nin əlindədir: “Münaqişəni davam etdirmək, yoxsa diplomatiya yolunu seçmək artıq ABŞ-nin seçimidir”. 


 


Sfera.az xəbər verir ki, Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda nəticə əldə olunmamasından sonra ABŞ-nin İran limanlarını blokadaya aldığı iddia olunub. Tərəflər arasındakı müzakirələr isə Pakistanın vasitəçiliyi  ilə davam edir.


 


Təhranda müxtəlif ölkələrin səfirləri və diplomatik nümayəndələri ilə görüşən Qaribabadi çıxışında İranın həm diplomatiya, həm də mümkün qarşıdurma ssenarisinə hazır olduğunu bildirib.


 


İran rəsmisi vurğulayıb: “İran öz təklifini vasitəçi Pakistan vasitəsilə təqdim edib. İndi top ABŞ-nin sahəsindədir — ya münaqişəni davam etdirəcək, ya da diplomatiya yolunu seçəcək”.


 


Qaribabadi, həmçinin qeyd edib ki, İran ABŞ-a etibar etmir, lakin buna baxmayaraq, diplomatik prosesdə prinsipial və səmimi mövqeyini qorumaqda davam edəcək.


 


 


Mənsumə




Sfera.az