Ötən gecə Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.


 


Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınan hadisə zamanı "Chevrolet" markalı minik avtomobili ilə moped toqquşub.


 


Nəticədə mopedin sürücüsü, 2009-cu il təvəllüdlü Yusif Babayev hadisə yerində ölüb.


 


17 yaşlı Yusif bu il orta məktəbi bitirərək, ali məktəbə sənədlərini verməyə hazırlaşırmış.