Biləsuvar rayonunda 56 yaşlı kişi bıçaq xəsarəti alıb.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində baş verib. 


 


Belə ki, Yardımlı rayon sakini 1970-ci il təvəllüdlü Ağayev Balahəsən Ağahüseyn oğlu bıçaqlanma xəsarəti ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


 


Hadisənin başvermə səbəbləri hələlik tam məlum deyil.


 


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.