Misli Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.


 


Sfera.az-ın məlumatına görə, günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib.


 


Zirə Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.


 


78-ci dəqiqədə Martins Junior fərqlənib.


 


Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" dördüncü pillədə qərarlaşıb. "Qəbələ" 20 xalla 11-ci sıradadır.


 


Günün ilk matçında "Sabah" "Şamaxı"nı üç cavabsız qolla üstələyib.


 


Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.