Bu gün Lənkəran rayonunun iki kəndinin qaz təchizatında fasilələr yaranacaq.

 


Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

 


Bildirilib ki, mayın 4-də saat 14:00-dan təmir işləri ilə bağlı rayonun Digah və Şiləvar kəndlərində təbii qaz təchizatında fasilələr yaranacaq. Gün ərzində işlər yekunlaşan kimi qaz təchizatı bərpa olunacaq.