Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvana gedib.


 


Sfera.az xəbər verir ki, onu Zvartnots hava limanında Ermənistan Milli Məclisinin vitse-spikeri və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi elçisi Ruben Rubinyan qarşılayıb.


 


Yılmaz Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün İrəvana gedib.


 


8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı mayın 4-də İrəvanda "Gələcəyin Qurulması: Avropada Birlik və Dözümlülük" mövzusu altında keçirilir.


 


Avropa Siyasi Birliyinin ilk zirvə görüşü 6 oktyabr 2022-ci ildə Praqada keçirilib. Publika.az