Maykl Ceksonun həyatını əks etdirən “Maykl” filmi, pop kralı haqqında yeni təfərrüatları gündəmə gətirərək onun fiziki dəyişikliklərinə və xüsusilə dərisinin rənginin dəyişməsinə diqqət çəkib.




Sfera.az xəbər verir ki, Ceksonun dərisinin ağarması uzun müddət ictimai müzakirələrə səbəb olub və bir çox insan bunun şüurlu olaraq etdiyini irəli sürüb.


 


Lakin Maykl Cekson özü dəfələrlə bu dəyişikliyin öz seçimi olmadığını və dərisində piqment itkisi yaranmasına səbəb olan bir xəstəlikdən qaynaqlandığını qeyd edib.




Bəs Maykl Ceksonun hansı xəstəliyi vardı? Dərisinin rəngini dəyişdirən xəstəlik nə idi? 




Maykl Ceksonun əziyyət çəkdiyi xəstəlik Vitiliqo idi. Bu, dəridə melanin piqmentinin itkisinə səbəb olaraq açıq rəngli ləkələrin əmələ gəlməsinə yol açır. Vitiliqo görünüşdə əhəmiyyətli dəyişikliklərə səbəb olsa da yoluxucu olmayan bir dəri xəstəliyidir. Bu xəstəlik immun sisteminin piqment istehsal edən hüceyrələrə (melanositlərə) zərər verməsi nəticəsində inkişaf edir. Buna görə də Vitiliqo tez-tez otoimmün xəstəliklər sırasına daxildir.


 


Mənsumə

Sfera.az