Fransa yığmasının və "Real"ın müdafiəçisi Ferland Mendi növbəti dəfə zədə ilə üzləşib.


 


Sfera.az xəbər verir ki, o, La Liqa çərçivəsində “Espanyol”a qarşı səfər matçında zədələnərək oyunu yarımçıq tərk edib. 31 yaşlı futbolçu görüşün 14-cü dəqiqəsində meydandan çıxmalı olub.


 


Aparılan müayinələr nəticəsində ona əzələ zədəsi diaqnozu qoyulub. Futbolçunun nə vaxt yaşıl meydanlara qayıdacağı isə hələ dəqiqləşməyib.


 


Niyaz Hacıyev


Sfera.az