Məşhur türk müğənnisi Seda Sayan yenidən açıqlamaları ilə gündəmə gəlib.


 


Müğənni həyat mübarizəsindən bəhs edərək, çətin keçmişinə baxmayaraq heç vaxt “yanmışam” demədiyini bildirib.


 


Sfera.az xəbər verir ki, “YouTube” platformasında yayımlanan “Seda Sayan with Sisters of Sisters” proqramında həyat hekayəsini paylaşan sənətçi hazırkı mövqeyinə asanlıqla çatmadığını vurğulayıb.


 


Sayan “Heç vaxt tükənmişlik sindromu yaşamısınızmı?” sualına belə cavab verib:


 


“Heç vaxt peşəkar dəstək almamışam və indiyə qədər yorğunam deməmişəm. İnsanlar mənə güclü qadın deyir, amma mən güclü doğulmamışam. Kasıb bir ailədə böyümüşəm çörək almağa belə çətinlik çəkirdik. Heç kimə arxalanmadan öz yolumu tapdım və bu günə gəldim. Hətta küçə satıcısı kimi işlədiyim günlər də olub”.


 


Qadınlara müraciət edən sənətçi onların kişilərə görə tükənməməli olduqlarını qeyd edib:


 


“Başa düşmürəm, bir kişi sizi necə tükəndirə bilər? Əksinə, siz güclü olun. Heç vaxt bir kişi üçün həyatınızı dəyişməyin”.


 


Seda Sayan həyat yoldaşı Çağlar Ökten ilə münasibətinə də toxunub. Mübahisələri uzun müddət davam etdirmədiyini bildirən müğənni: “Axşam mübahisə etsək belə, səhər heç nə olmamış kimi davranıram”,– deyə qeyd edib.


 


Mənsumə


Sfera.az