Dünyanın ən məşhur video platforması olan “YouTube”, illərdir gözlənilən yeniliyi nəhayət ki, bütün istifadəçilər üçün əlçatan edir.




Sfera.az xəbər verir ki, indiyədək yalnız "Premium" abunəçiləri və ABŞ-dəki istifadəçilər üçün keçərli olan "şəkil içində şəkil" (PiP) funksiyası artıq qlobal miqyasda hər kəsə ödənişsiz təqdim olunur.




Şirkətin rəsmi açıqlamasına əsasən, bu funksiya həm iOS, həm də Android cihazlarını əhatə edəcək. İllərdir pullu abunəlik sisteminin bir hissəsi olan bu özəllik, artıq standart istifadəçilər üçün də aktivləşir.




Yeniliyin bəzi incə detalları da məlum olub. Belə ki, musiqi videoları istisna olmaqla, bütün uzunmüddətli videolarda bu funksiyadan pulsuz yararlana biləcəklər. Əvvəlki kimi həm musiqi, həm də digər kontentlərdə heç bir məhdudiyyət olmadan bu alətdən istifadə etməyə davam edəcəklər.




Böyük rahatlıq yaradan bu alət sayəsində istifadəçilər “YouTube” tətbiqindən çıxsalar belə, izlədikləri video kiçik pəncərədə görünməyə davam edəcək. Beləliklə, videonu dayandırmadan digər proqramlarda iş görmək və ya mesajlara cavab vermək mümkündür.




Qeyd edək ki, funksiya bütün hesablara eyni anda yansımayacaq. "Şəkil içində şəkil" özəlliyinin dünya üzrə bütün istifadəçilərə mərhələli şəkildə paylanması nəzərdə tutulub.




Bəsti Rəfizadə

Sfera.az