Rusiya ABŞ-də doğulan rus diplomatların uşaqlarına avtomatik vətəndaşlıq verilməsi məsələsini tanımadığını açıqlayıb.


 


Sfera.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, ABŞ-də rus diplomat, inzibati-texniki və konsulluq əməkdaşlarının ailəsində doğulan uşaqlara vətəndaşlığın tətbiqi Moskva tərəfindən qəbul edilmir.


 


Zaxarova “Vedomosti” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, Rusiya tərəfi hər bir konkret hal üzrə Vaşinqtondan rəsmi təsdiq tələb edəcək. Bu təsdiqdə yeni doğulan uşağın ABŞ yurisdiksiyasına tabe olmadığı və diplomatik münasibətlərə dair Vyana konvensiyalarına, eləcə də ikitərəfli sazişlərə uyğun olaraq bütün imtiyaz və immunitetlərdən istifadə etdiyi göstərilməlidir.


 


Qeyd edək ki, məsələ ABŞ-də doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi praktikasının diplomat ailələrinə şamil olunması ilə bağlı mübahisələr fonunda gündəmə gəlib.


 


Firuzə Əliyeva


Sfera.az