Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövrəsi üzrə keçirilən test imtahanlarının I seansında yüksək nəticə göstərən müəllimlərin adları açıqlanıb.


 


Sfera.az xəbər verir ki, imtahanda bir qrup müəllim maksimum nəticə – 60 bal toplayaraq ən yüksək göstəriciyə nail olub.


 


Bu nəticə onların həm ixtisas biliklərinin, həm də tədris metodikası üzrə hazırlıq səviyyəsinin yüksək olduğunu göstərir.


 


Maksimum nəticə əldə edən müəllimlər bunlardır:


 


Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi İlhamə Fərzəliyeva


 


Sədərək rayon Sədərək kənd tam orta məktəbin ingilis dili müəllimi Məhnurə Qarayeva


 


Babək rayon Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əfruz Quliyeva


 


Babək rayon Şərabad kənd tam orta məktəbin ingilis dili müəllimi Xatirə Əhmədova