ABŞ Prezidenti Donald Trampa qarşı narazılıq səviyyəsi rekord həddə yüksəlib.




Sfera.az xəbər verir ki, bu barədə “Ipsos” tərəfindən “The Washington Post” üçün keçirilən sorğunun nəticələrində bildirilir.




Nəşrin məlumatına görə, Trampın iki prezidentlik dövrü ərzində narazılıq göstəricisi ilk dəfə bu qədər yüksək 62% səviyyəsinə çatıb. Sorğu iştirakçılarının əhəmiyyətli hissəsi xüsusilə prezidentin İrana qarşı siyasətindən narazıdır. Belə ki, respondentlərin 66%-i bu siyasəti dəstəkləmir, yalnız 33%-i isə müsbət qiymətləndirir.

Eyni zamanda, ABŞ-də iqtisadi vəziyyətlə bağlı narazılıq da yüksək olaraq qalır. Sorğuda iştirak edənlərin 76%-i yaşayış xərclərinin artmasından şikayətlənib.

Bununla belə, bəzi sahələrdə prezidentə dəstək nisbətən yüksəkdir. Respondentlərin 45%-i Trampın immiqrasiya siyasətini müsbət qiymətləndirib.




Qeyd edək ki, sorğu 24-28 aprel tarixlərində keçirilib və 2500-dən çox respondent iştirak edib.




Fidan Hacızadə

Sfera.az